11 May 2025, 16:30
Zabit Səmədov Döyüş Məktəbində keçirilən boks turnirinin qalibləri bəlli oldu
Zabit Səmədov Döyüş Məktəbində keçirilən boks turnirinin qalibləri bəlli oldu şəkil
Zabit Səmədov Döyüş Məktəbində keçirilən boks turnirinin qalibləri bəlli oldu

Zabit Səmədov Döyüş Məktəbi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə boks turniri təşkil olunub.

Operativ Media xəbər verir ki, turnir Heydər Əliyev İdman Kompleksində baş tutub və klublararası dostluq xarakteri daşıyıb. Yarışda müxtəlif yaş qrupları üzrə yeniyetmələr və gənclər qüvvələrini sınayıblar.

Turniri izləyənlər arasında məktəbin təsisçisi Zabit Səmədov və Gənclər və İdman naziri Fərid Qayıbov da olub.

MMA üzrə yarışda Kərəm Abdullayev ilk pillənin sahibi olub.

Kikboksinq üzrə yarışda isə müxtəlif çəki dərəcələrində Hüseynov Yadulla və Fərəcov Səbuhi birinci yerə layiq görülüblər.

Boks üzrə keçirilən yarışda isə Ağayev Əli, Qayıblı Əli, Allahverdili Tunar, Məmmədli Atilla və Səmədov Mübariz qızıl medal qazanıblar.

13 yaşlılar arasında keçirilən yarışın qalibi Avropa Azərbaycan Məktəbinin şagirdi Turan Nəbiyev olub. O, bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.

Qaliblərə Ümummilli Lider Heydər Əliyevin fotosu əks olunmuş diplomlar və medallar təqdim olunub.

Qeyd edək ki, Turan Nəbiyev Milli Məclisin deputatı Rizvan Nəbiyevin oğludur.

Son xəbərlər
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib
Bazar günü 41 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib