Ana səhifə / İdman / "Turan Tovuz"dan Premyer Liqada 40-cı məğlubiyyət "Turan Tovuz"dan Premyer Liqada 40-cı məğlubiyyət 12.05.2025, 10:15 Əziz Əzizli “Turan Tovuz” Azərbaycan çempionatlarında 40-cı məğlubiyyətini alıb. Operativ Media xəbər verir ki, qərb təmsilçisi Misli Premyer Liqasının XXXIV turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzub. 40-cı yenilgi 106-cı matça təsadüf edib. Evdə 21-ci dəfə uduzan Tovuz klubu səfərdə 19 məğlubiyyət alıb. Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada ilk məğlubiyyətinə 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev oyununda üzülüb – 0:2. Teqlər: "\"Turan Tovuz\"dan Premyer Liqada 40-c\u0131 m\u0259\u011flubiyy\u0259t"