"Sabah" evdə 150-yə çatdı – Şafrankodan tarixi qol
Əziz Əzizli
“Sabah” Azərbaycan çempionatlarında 150-ci ev qolunu vurub.
Operativ Media xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 34-cü turuna təsadüf edib.
“Şamaxı” ilə görüşdə (3:1) komandasının sonuncu qoluna imza atan Pavol Şafranko yubiley qolunun müəllifi olub. Bakı klubu 104-cü ev matçında 150-yə çatıb.
Qeyd edək ki, “Sabah”ın Premyer Liqada ilk ev qolu 2018-ci il sentyabrın 19-da keçirilən “Sumqayıt”la matça (1:4) təsadüf edib.
Teqlər:
"\"Sabah\" evd\u0259 150-y\u0259 \u00e7atd\u0131 \u2013 \u015eafrankodan tarixi qol"