Ana səhifə / İdman / Conatan Ta yeni klubu ilə bağlı hələ qərar verməyib Conatan Ta yeni klubu ilə bağlı hələ qərar verməyib 12.05.2025, 13:59 Əziz Əzizli Mövsümün sonunda komandadan ayrılacaq "Bayer"in müdafiəçisi Conatan Ta gələcəyi ilə bağlı sualı cavablandırıb. Operativ Media BİLD-ə istinadən xəbər verir ki, futbolçu hələ qərarını vermədiyini bildirib. "Tezliklə yeni klubumla bağlı qərar verəcəm. Tarix təyin etmək istəmirəm. Amma bu, iki aydan sonra baş verməyəcək". Daha əvvəl bildirilmişdi ki, "Bayer"in baş məşqçisi Xabi Alonso Tanın bu yay "Real Madrid"ə keçməsini istəyir. Bu mövsüm 29 yaşlı futbolçu bütün turnirlərdə 48 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Teqlər: "Conatan Ta yeni klubu il\u0259 ba\u011fl\u0131 h\u0259l\u0259 q\u0259rar verm\u0259yib"