12 May 2025, 15:30
UEFA kursunda “Qarabağ”ın uğur formulu təqdim olunub
UEFA kursunda “Qarabağ”ın uğur formulu təqdim olunub şəkil
UEFA kursunda “Qarabağ”ın uğur formulu təqdim olunub

"Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov Şimali Makedoniya Futbol Federasiyasının təşkilatçılığı ilə Skopye şəhərində keçirilən UEFA-nın fitnes üzrə A kateqoriyalı məşqçi kursunda təlimatçı kimi iştirak edib.

Operativ Media xəbər verir ki, onun təlim keçdiyi seminara 15 ölkədən məşqçilər qatılıblar.

Çakarov məşqçilərə təlimlər keçib, meydanda hazırlıq prosesini nümayiş etdirib. O, “Qarabağ”dakı iş prosesi ilə bağlı təqdimatla çıxış edib, sualları cavablandırıb. Kursa qatılan məşqçilər komandamızın həftəlik hazırlıq tsikli və fiziki hazırlıq prosesi ilə yaxından maraqlanıblar, bu mövzuda fikir mübadilələri aparılıb.

Bolqarıstanlı məşqçilərin "atlılar"ın hazırlıq prosesi ilə maraqlanması təsadüfi deyil. Ardıcıl 11 il avrokubokların əsas mərhələsində çıxış edən “Qarabağ” bir çox Avropa ölkələrində marağa səbəb olub.

Bunun nəticəsidir ki, müxtəlif ölkələrdən olan mütəxəssislər baş məşqçi Qurban Qurbanov və texniki heyətin iş prinsipləri ilə yaxından tanış olmaq üçün komandanın bazasında təcrübə keçiblər. Qazaxıstan millisinin hazırkı baş məşqçisi Əli Əliyev və həmyerliləri İqor Soloşenko, Rinat Alyuetov, həmçinin Polşanın "Veçista" klubunun baş məşqçisi Dariuş Marzek, onun köməkçisi Yanusz Svierad və digər mütəxəssislər müxtəlif vaxtlarda komandamızın hazırlıq prosesində iştirak ediblər.

Son xəbərlər
ABŞ Dövlət Departamentindən Əbu-Dabi görüşünə reaksiya
BƏƏ-li nazir: Azərbaycan Cənubi Qafqazdakı əsas tərəfdaşımızdır
Ədliyyə naziri Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşüb
MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşıb
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
“Bakı 2025” əməliyyat-taktiki təlimi keçirilib
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb