“Sumqayıt” Futbol Klubu baş məşqçi Vaqif Cavadovla yollarını ayırıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Vaqif Cavadovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
V. Cavadov bundan sonra "Sumqayıt"ın komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komandamız 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
Teqlər:
"\"Sumqay\u0131t\" Vaqif Cavadovu yola sald\u0131"