Menyu

Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb

Nərmin Qocamanlı
Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb
1 dəq oxu

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı Rəşad Məcidov saxlanılıb.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, ondan 1 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

R.Məcidov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotiklərin satışını planlaşdırdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Fotogalereya

Əlaqəli Xəbərlər