Menyu

Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar şənbə və bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək

Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar  şənbə və bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək
1 dəq oxu

Həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlarımız həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Belə ki, qatarlar:

- saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə,

-saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.

 

Əlaqəli Xəbərlər