ABŞ-nin nüfuzlu nəşrlərindən olan “Christian Post” Azərbaycana həsr olunmuş geniş məqalə dərc edib.
Operativ Media xəbər verir ki, yazıda ölkəmizin zəngin tarixi, mədəni müxtəlifliyi və mədəniyyətlərarası dözümlülük ənənəsi ətraflı şəkildə təhlil olunub.
Məqalədə qeyd olunur ki, Cənubi Qafqazda Rusiya, Xəzər dənizi və İran arasında strateji mövqedə yerləşən Azərbaycan turizm baxımından nisbətən az tanınsa da bu məqam onu daha da maraqlı edir.
Müəllifin fikrincə, Azərbaycan sivilizasiyalar arasında körpü rolunu oynayan nadir ölkələrdən biridir.
Yazı müəllifi şəxsi səfəri əsasında vurğulayır ki, Azərbaycan tarixi boyunca müxtəlif imperiya və mədəniyyətlərin izlərini özündə daşıyıb. Böyük İskəndərin yürüşlərindən tutmuş Zərdüştlük ənənəsinə, İpək Yolunun tacirlərindən Çar Rusiyasına qədər bir çox təsir bu torpaqlarda əksini tapıb.
Məqalədə Azərbaycanın XIX əsrin sonlarından etibarən qlobal diqqət qazanan neft sənayesindən də bəhs olunur.
Xüsusilə Nobel qardaşlarının ölkəyə yatırdığı sərmayələr qeyd edilir. Eyni zamanda 1920–1991-ci illəri əhatə edən Sovet dövrü Azərbaycanın müasir tarixi baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilir.
Məqalədə Bakının unikal arxitekturası da, vurğulanıb.
Qeyd olunub ki, UNESCO-nun Dünya İrsi siyahısında yer alan İçərişəhər, Qız Qalası və şəhərin mərkəzindəki Avropa memarlıq təsirləri – xüsusilə Paris və Berlin üslubları diqqətəlayiqdir.
Bununla yanaşı Alov Qüllələri və Xalça Muzeyi kimi müasir memarlıq nümunələrinin paytaxta modern estetika bəxş etdiyi qeyd edilib.
“Christian Post” həmçinin Bakının təmiz, səliqəli promenad və parklarına da diqqət çəkib.
İctimai məkanların abadlığı və şəhər infrastrukturundakı yüksək standartlar xüsusi vurğulanır.
Məqalədə Azərbaycanın dini və mədəni müxtəlifliyi də xüsusi vurğulanır.
Bildirilib ki, ölkə əhalisinin 96%-i müsəlman olsa da burada müxtəlif dini icmaların bir arada yaşaması, Azərbaycanın dözümlülük və tolerantlıq ənənələrini göstərir:
“Yəhudi icması xüsusilə dağ yəhudiləri ölkənin mədəni zənginliyinə töhfə verən mühüm bir hissədir”.
Müəllif Azərbaycanın İran İslam Respublikası ilə qonşu olmasına baxmayaraq tolerant və çoxmədəniyyətli bir cəmiyyət formalaşdırdığını bildirir: “Bu ölkənin mədəniyyətlərarası dialoqa və dini dözümlülüyə verdiyi önəmin bariz nümunəsidir”.
XƏBƏR LENTİ
“Christian Post” Azərbaycana aid geniş məqalə dərc edib

Digər xəbərlər
Növbəti xəbər yüklənir...
Seçilmiş xəbərlər