Menyu

Xabi Alonso "Real Madrid"ə özü ilə müdafiəçi aparır

Əziz Əzizli
Xabi Alonso "Real Madrid"ə özü ilə müdafiəçi aparır
1 dəq oxu

"Bayer"in müdafiəçisi Aleksandro Qrimaldo karyerasını "Real Madrid"də davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Relevo" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 29 yaşlı ispaniyalının transferində mövsüm başa çatdıqdan sonra madridliləri çalışdıracağı gözlənilən "Bayer"in baş məşqçisi Xabi Alonso maraqlıdır.

Qrimaldo "Barselona"nın akademiyasının yetirməsidir. O, 2023-cü ildən “Bayer”də çıxış edir. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 47 oyun keçirib, 4 qol vurub və 13 məhsuldar ötürmə edib.

"Transfermarkt" onun bazar dəyərini 40 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər