13 May 2025, 13:00
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı şəkil
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi məlum olub.

Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçiləri arasında ən yaxşı nəticə hazırda 69-cu pillədə olan “Qarabağ”a məxsusdur.

Qurban Qurbanovun komandası “Atletik” (İspaniya), “Frayburq” (Almaniya), “Anderlext” (Belçika), “Beşiktaş” (Türkiyə), “Nyukasl” və “Brayton” (hər ikisi İngiltərə) kimi klubları qabaqlayb. Son 5 mövsümün nəticələrinə əsasən tərtib olunan siyahıda Ağdam təmsilçisinin hesabında 32,000 xal var.

“Neftçi” (8,000 xal) 187-ci, “Zirə” (4,000 xal) 318-ci, “Sabah” (4,000 xal) 319-cu, “Sumqayıt” (4,000 xal) 323-cü, “Qəbələ” (3,000 xal) 337-ci, əvvəllər “İnter” və “Keşlə” adları ilə fəaliyyət göstərmiş “Şamaxı” (2,500 xal) isə 338-ci yerdədir.

Avropanın 427 klubunun yer aldığı siyahının ilk pilləsində 143,500 xalla İspaniya “Real”ı qərarlaşıb. İngiltərədən “Mançester Siti” (137,750 xal) ikinci, Almaniyadan “Bayern” (135,250 xal) üçüncüdür.

Son xəbərlər
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub
Ermənistanın XİN rəhbərinin müavini Türkiyəyə gedib
Ermənistanda hərbi maşın aşıb
Rusiya: 6060 əsgərin cəsədini Ukraynaya çatdırdıq