13 May 2025, 13:51
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO şəkil
Ruslan Əmircanov "Real Madrid" akademiyasında təcrübə keçib - FOTO

"Araz-Naxçıvan" klubunun aşağı yaş qruplarında məşqçi kimi çalışan Ruslan Əmircanov İspaniyanın məşhur "Real Madrid" akademiyasının qonağı olub.

Operativ Media xəbər verir ki, sabiq futbolçu bu haqda sosial media hesabında paylaşım edib.

Təəssüratlarını bölüşən Əmircanov səfərinin onun üçün olduqca dəyərli və unudulmaz bir təcrübə olduğunu bildirib:

"Real Madrid" akademiyasının qonağı oldum. Mənim üçün çox möhtəşəm bir təcrübə idi. U-14 və U-11 komandalarının məşq prosesini izlədim. Uşaqların məşqə yanaşmaları, düşüncə tərzləri, məşq zamanı verdikləri tez və düzgün qərarlar, eləcə də yaşlarının az olmasına baxmayaraq tamamilə peşəkar olmaları məni heyran etdi".

O, Azərbaycanda da istedadlı uşaqların olduğunu qeyd edib.

"Bizim akademiyalarda da istedadlı uşaqlar var. Əgər hamımız bir olub, hər birimiz öz işimizlə ciddi şəkildə məşğul olsaq, futbolumuz da inkişaf edər. Sadəcə olaraq, bunu ürəkdən istəmək və bu yolda əzmlə çalışmaq lazımdır," – deyə o əlavə edib.

Son xəbərlər
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub
Ermənistanın XİN rəhbərinin müavini Türkiyəyə gedib