"Mançester Yunayted" Ruben Amorimlə bağlı qərarını verib
Əziz Əzizli
"Mançester Yunayted" mövsüm başa çatdıqdan sonra Ruben Amorimi göndərmək fikrində deyil.
Operativ Media xəbər verir ki, bu haqda Jurnalist Devid Ornşteyn məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub 40 yaşlı portuqaliyalının oyun tərzinə uyğun futbolçular almağa diqqət yetirəcək.
Amorim 2024-cü ilin noyabrında "Mançester Yunayted"in baş məşqçisi vəzifəsinə keçib. Onun rəhbərliyi altında komanda 39 oyun keçirib, 16 qələbə qazanıb, 8 dəfə heç-heçə edib və 15 matçda uduzub.
"Mankunianlar" 36 turdan sonra 39 xalla Premyer Liqanın turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Mançester Yunayted” Avropa Liqasının finalına yüksəlib və burada “Tottenhem”lə qarşılaşacaq. Oyun mayın 21-də baş tutacaq.