Menyu

"Mançester Siti" "Barselona"nın yarımmüdafiəçisini transfer etmək istəyir

Əziz Əzizli
"Mançester Siti" "Barselona"nın yarımmüdafiəçisini transfer etmək istəyir

"Mançester Siti" "Barselona"nın yarımmüdafiəçisi Dani Olmonu transfer etməyi düşünür.

Operativ Media xəbər verir ki, bu haqda "Relevo" məlumat yayıb.

Mənbənin məlumatına görə, ispaniyalının transferində “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola maraqlıdır.

Klub heyətini oyunu idarə etmək, şans yaratmaq və hücumları başa vurmaq qabiliyyətinə malik çoxtərəfli yarımmüdafiəçi ilə gücləndirmək istəyir. Olmo, "Mançester Siti"nin o mövqe üçün prioritet hədəfidir.

“Barselona”nın və Olmonun özünün mümkün transferlə bağlı mövqeyinin nə olduğu hələlik məlum deyil.

Bu mövsüm 27 yaşlı Olmo "Barselona"nın heyətində 36 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

Teqlər:

"\"Man\u00e7ester Siti\" \"Barselona\"n\u0131n yar\u0131mm\u00fcdafi\u0259\u00e7isini transfer etm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər