Menyu

Axtarışda olan Türkmənistan vətəndaşı ölkəsinə ekstradisiya edib

Nərmin Qocamanlı
Axtarışda olan Türkmənistan vətəndaşı ölkəsinə ekstradisiya edib

Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Saparov Atarejep Agajepbaroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Baş Prokurorluqdan Operativ Media-ya verilən məlumata görə, Saparov Atarejep Agajepbaroviç şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət əməllərinin törədilməsində ittiham edildiyindən beynəlxalq axtarışa verilib, o cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər