Menyu

Kür çayında böyük miqyaslı daşqın gözlənilmir - Professor

Nərmin Qocamanlı
Kür çayında böyük miqyaslı daşqın gözlənilmir - Professor

Bu il çaylarda sululuğun normaya yaxın olması gözlənilir. Avropa Proqnozlar Mərkəzinə görə, regionda yağıntıların normadan aşağı olacağı ehtimal edilir. Tədqiqatlar göstərir ki, qısa müddətli, lakin intensiv xarakterli yağıntılar artır və bu da çaylarda sululuğun yüksəlməsinə səbəb olur.

Operativ Media xəbər verir ki, bunu H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, professor Rza Mahmudov bildirib.

Onun sözlərinə görə, Milli Hidrometeorologiya Xidməti hər il daşqınlarla bağlı rəsmi proqnozlar hazırlayır. Bu proqnozlar həm region ölkələrinin, həm də ölkə daxilində aparılan müşahidələrin nəticələrinə əsaslanır:

“Çox təəssüf ki, bəzən mətbuatda və ictimaiyyət arasında sensasiya doğurmaq məqsədilə düzgün olmayan məlumat və rəqəmlər yayılır. Əslində isə bu məlumatların heç bir elmi əsası yoxdur. Mən rəsmi olaraq bildirirəm ki, bu ilin birinci rübündə ölkə ərazisində yağıntılar normanın cəmi 67 faizini təşkil edib. Müqayisə üçün 2024-cü ildə bu rəqəm 119 faiz idi. Yəni bu il yağıntılar ötən ildəkindən də az olub".

O əlavə edib ki, 2025-ci ilin qış mövsümündə qar örtüyünün sululuq göstəricisi orta hesabla 28 faiz təşkil edib. Halbuki 2024-cü ildə bu göstərici normanın 43,4 faizi qədər idi. Kür çayının Gürcüstan və Türkiyə ərazilərindən keçən hissələrində də qar örtüyünün qalınlığı normadan aşağı olub.

Buna baxmayaraq bu il yağan intensiv yağıntılar həm Kür, həm də dağ çaylarında sululuğun artmasına səbəb olub. Mingəçevir və Şəmkir su anbarlarında suyun səviyyəsi ötən illə müqayisədə 0,39–0,42 metr arasında artım göstərib ki, bu da müsbət göstərici hesab olunur.

Proqnozlara əsasən, ümumilikdə ölkə ərazisində sululuğun normaya yaxın və ya normadan bir qədər aşağı səviyyədə olacağı gözlənilir. Güclü su basmaları və daşqın hadisələrinin baş verməsi ehtimalı isə aşağıdır.

Kür çayında da iri miqyaslı su basma hadisələri müşahidə olunmayacaq.

Teqlər:

"K\u00fcr \u00e7ay\u0131nda b\u00f6y\u00fck miqyasl\u0131 da\u015fq\u0131n g\u00f6zl\u0259nilmir - Professor"

Əlaqəli Xəbərlər