13 May 2025, 18:09
AFFA rəsmisi UEFA-nın forumuna qatıldı
AFFA rəsmisi UEFA-nın forumuna qatıldı şəkil
AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

AFFA-nın İnfrastruktur Departamentinin aparıcı mütəxəssisi Zəhra Vəlizadə İsveçrənin Sürix şəhərində UEFA tərəfindən təşkil olunan “Respect Forum 2025” tədbirində iştirak edib.

Operativ Media qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, forum bu il qadınlar arasında Avropa çempionatının bir neçə oyununa ev sahibliyi edəcək “Letzigrund” stadionunda təşkil olunub.

İştirakçılar 17 müxtəlif işçi qrupuna bölünüb və hər qrup davamlılığın konkret bir istiqaməti üzrə müzakirələr apararaq, innovativ və praktik həll yolları üzərində çalışıb. Zəhra Vəlizadə “Smart and Welcoming Stadiums” (Ağıllı və Qonaqpərvər Stadionlar) adlı işçi masada yer alaraq müasir stadionlarda əlçatanlıq, texnologiyaların inteqrasiyası, inklüzivlik və azarkeş təcrübəsinin yaxşılaşdırılması kimi mövzularda keçirilən müzakirələrə qatılıb. Stadionların təkcə idman tədbirləri üçün deyil, həm də sosial birləşdirici məkanlar kimi fəaliyyət göstərməsi ilə bağlı yanaşmalar, yaşıl texnologiyaların tətbiqi və daha təhlükəsiz, inklüziv infrastrukturun yaradılması yolları ətrafında fikir mübadiləsi aparılıb.

Forumda UEFA-nın sosial və ekoloji davamlılıq strategiyası çərçivəsində 2021–2030-cu illər üçün hədəflər, eləcə də “Strength Through Unity” strategiyası əsas götürülərək icra edilən “FootbALL” proqramı və bu proqram çərçivəsində yeni təqdim olunan rəqəmsal platforma haqqında məlumat verilib.

Son xəbərlər
Azərbaycan–Ukrayna Hökumətlərarası Komissiyasının 13-cü iclası keçirildi
Ərdoğan: "41 illik terror bəlasının sona çatması prosesinə start verilib"
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
Fövqəladə Hallar Naziri və BMMT-nin Baş katibi Fəxri Xiyabanı ziyarət ediblər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib