Menyu

Ançelotti Kakaya Braziliya millisinin məşqçilər heyətinə qoşulmağı təklif edib

Əziz Əzizli
Ançelotti Kakaya Braziliya millisinin məşqçilər heyətinə qoşulmağı təklif edib

"Milan"ın və "Real Madrid"in sabiq yarımmüdafiəçisi Kaka Braziliya millisinin məşqçilər korpusuna daxil ola bilər. 

Operativ Media bu haqda "CNN Brasil"ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, onunla millinin baş məşqçisi vəzifəsini icra edən "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti əlaqə saxlayıb. 2003-2009-cu illərdə Ançelottinin rəhbərliyi altında "Milan"da oynayan Kaka 2017-ci ildə karyerasını bitirib.

Mayın 12-də Braziliya Futbol Konfederasiyası 2024/25 mövsümünün sonunda Madrid komandasını tərk edəcək 65 yaşlı italiyalı ilə müqavilə imzaladığını açıqlayıb.

Teqlər:

"An\u00e7elotti Kakaya Braziliya millisinin m\u0259\u015fq\u00e7il\u0259r hey\u0259tin\u0259 qo\u015fulma\u011f\u0131 t\u0259klif edib"

Əlaqəli Xəbərlər