Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq
Nərmin Qocamanlı
Bu gün Sabunçu rayonunun Maştağa və Qaradağ rayonunun Qızıldaş qəsəbələrində mövcud qaz xətləri üzərində təmir-quraşdırma işləri aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan qəsəbələrin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net