"Napoli" Sudakov üçün "Şaxtyor"a 35 milyon avro təklif edir
Əziz Əzizli
"Napoli" rəsmi olaraq "Şaxtyor"un ukraynalı yarımmüdafiəçisi Georgi Sudakov üçün 35 milyon avro təklif edib.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Şaxtyor" Sudakovu əsas oyunçu hesab edir və 35 milyon avrodan çox tələb edib. Futbolçunun özü də "Napoli"yə keçməkdə maraqlıdır. Sudakovun "Şaxtyor"la müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. "Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 32 milyon avrodur.
22 yaşlı Sudakov 2021-ci ildən "Şaxtyor"da çıxış edir və ən perspektivli ukraynalı futbolçulardan biridir. Klublar arasında danışıqlar davam edir.
Bu mövsüm Sudakov 24 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Teqlər:
"\"Napoli\" Sudakov \u00fc\u00e7\u00fcn \"\u015eaxtyor\"a 35 milyon avro t\u0259klif edir"