Fransa çempionu yeni mövsümdən pley-off yolu ilə müəyyənləşə bilər
Əziz Əzizli
Liqa 1 Fransa çempionatının növbəti mövsümünün reqlamentində dəyişiklik etməyi düşünür .
Operativ Media xəbər verir ki, bu haqda "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, liqa rəhbərliyi ölkə çempionunu müəyyən etmək üçün pley-off mərhələsini tətbiq etmək istəyir. Mümkün plan, ilk dörd yeri tutan komandanın mövsüm bitdikdən sonra titul uğrunda mini-turnir keçirməsidir.
Təklif Fransa futbolunda bir sıra tərəflər tərəfindən müsbət qarşılanır. Ancaq bunun çempionatın liderlərindən olan PSJ tərəfindən müsbət qarşılanacağı bəlli deyil .
2024/25 mövsümündə PSJ ardıcıl dördüncü dəfə Fransa çempionu olub.
Teqlər:
"Fransa \u00e7empionu yeni m\u00f6vs\u00fcmd\u0259n pley-off yolu il\u0259 m\u00fc\u0259yy\u0259nl\u0259\u015f\u0259 bil\u0259r"