Menyu

Taekvondo üzrə gənclər yığması Prezident Kubokunda iştirak edəcək

Əziz Əzizli
Taekvondo üzrə gənclər yığması Prezident Kubokunda iştirak edəcək
1 dəq oxu

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının üzvləri, milli komandanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Ayxan Tağızadənin rəhbərliyi altında 14-17 may tarixlərində Bolqarıstanın Sofiya şəhərində keçiriləcək Prezident Kuboku turnirində iştirak edəcəklər.

Operativ Media xəbər verir ki, yarışda ölkəmizi 10 idmançı təmsil edəcək. 

Millimizin bu yarışa qatılmasında məqsəd 20-26 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır. 

Əlaqəli Xəbərlər