Menyu

Zamiq Əliyev: “İlk ilimdə iki kubok qazanmaq möhtəşəm hissdir”

Əziz Əzizli
Zamiq Əliyev: “İlk ilimdə iki kubok qazanmaq möhtəşəm hissdir”
1 dəq oxu

Albaniyanın “Eqnatia” klubunda çıxış edən azərbaycanlı futbolçu Zamiq Əliyev futbol üzrə Albaniya çempionu olub.

Azərbaycan millisinin üzvü Operativ Media-ya açıqlamasında mövsüm ərzində qazandıqları uğurlardan danışıb.

O, çempionluğu Azərbaycan bayrağı ilə qeyd edib.

“Çempion olmaq, il boyu çəkdiyimiz əziyyətin qarşılığını almaq möhtəşəm hissdir. İlk ilimdəcə mövsümü iki kubokla başa vurmaq mənim üçün böyük önəm daşıyır. Ən önəmlisi isə ölkəmizin bayrağı ilə orada olmaq və çempionluğu qeyd etmək idi”, – deyə futbolçu bildirib.

Qeyd edək ki, Zamiq Əliyev 2024-ci ildə "Araz-Naxçıvan" klubundan "Eqnatia"ya transfer olub.

Fotogalereya

Əlaqəli Xəbərlər