Deko: "Yamalın yeni müqaviləsində heç bir problem olmayacaq"
Əziz Əzizli
"Barselona"nın idman direktoru Deko yarımmüdafiəçi Lamine Yamalla müqavilənin mümkün uzadılması ilə bağlı fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano Dekodan sitat gətirib.
"Lamine Yamalın yeni müqaviləsində heç bir problem olmayacaq".
Bu mövsüm 17 yaşlı ispaniyalı 52 oyun keçirib, 16 qol vurub və 24 məhsuldar ötürmə edib. Kataloniya klubu ilə hazırkı müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Teqlər:
"Deko: \"Yamal\u0131n yeni m\u00fcqavil\u0259sind\u0259 he\u00e7 bir problem olmayacaq\""