Menyu

Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu

Əziz Əzizli
Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu

“Sabah” Azərbaycan Basketbol Liqasının qalibi olub.

Operativ Media xəbər verir ki Bakı İdman Sarayında təşkil olunan final seriyasının altıncı oyununda “Neftçi”yə 83:78 hesabı ilə qalib gələn “bayquşlar” qızıl medallara sahib çıxıblar.

Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv həlledici seriyada dördüncü qələbəni əldə etməklə çempionluq sevinci yaşayıb.

Tərəflər arasında əvvəlki 5 görüşdə “Sabah” 3, “Neftçi” isə 2 qələbə qazanmışdı.

Teqlər:

"Az\u0259rbaycan Basketbol Liqas\u0131n\u0131n qalibi b\u0259lli oldu"

Əlaqəli Xəbərlər