15 May 2025, 07:05
Kilyan Mbappe "Real Madrid"in tarixinə düşdü
Kilyan Mbappe "Real Madrid"in tarixinə düşdü şəkil
Kilyan Mbappe "Real Madrid"in tarixinə düşdü

La Liqanın 36-cı turunda "Malyorka"ya (2:1) vurulan qol "Real"ın hücumçusu Kilyan Mbappe üçün Madrid komandasının forması ilə 40-cı qol olub.

Operativ Media xəbər verir ki, 26 yaşlı fransız klub tarixində debüt mövsümündə bu qədər qol vuran ilk futbolçu olub. Mbappenin aktivində La Liqada 28, Çempionlar Liqasında 7, Kral Kubokunda 2, Qitələrarası Kubokda, İspaniya Superkubokunda və UEFA Super Kubokunda 1 qolu var.

O, həm də İspaniya futbolunda ilk mövsümündə 40 və ya daha çox qol vuran ikinci oyunçudur. Əvvəllər bunu yalnız braziliyalı Ronaldo bacarmışdı, 1996/97 mövsümündə "Barselona" ilə ilk mövsümündə 47 qol vurmuşdu.

Portuqaliyalı hücumçu Kristiano Ronaldo "Real Madrid"də ilk mövsümündə 33 qol vurub.

Son xəbərlər
"Karvan" beş futbolçusu ilə vidalaşdı
Maskerano: "Mənim üçün Messi futbol tarixinin ən yaxşı oyunçusudur"
Qan təzyiqini aşağı salmağa kömək edən 6 təsirli içki
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığını genişləndirir - YENİLƏNİB
DYP yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb
Azərbaycan və Ermənistan liderlərinin görüşü 1 saatdır davam edir