15 May 2025, 15:21
Mourinyo yayda Portuqaliyaya rəhbərlik edə bilər
Mourinyo yayda Portuqaliyaya rəhbərlik edə bilər şəkil
Mourinyo yayda Portuqaliyaya rəhbərlik edə bilər

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya millisini çalışdıra bilər.

Operativ Media xəbər verir ki, bu haqda "HT Spor" məlumat yayıb.

Mənbənin məlumatına görə, 62 yaşlı mütəxəssis Portuqaliya Futbol Federasiyası ilə ilkin müqavilə imzalayıb. Mourinyonun iyunun əvvəlində Millətlər Liqasının finalından sonra Portuqaliyaya rəhbərlik edəcəyi gözlənilir.

Əvvəllər bildirilirdi ki, Mourinyo “Fənərbaxça” ilə müqaviləsi bitəndə Portuqaliya millisinə rəhbərlik edə bilər, lakin Portuqaliya Futbol Federasiyası təcrübəli məşqçinin komandaya indi kömək edə biləcəyinə inanır.

Mourinyo 2024-cü ildən "Fənərbaxça"ya rəhbərlik edir. Məşqçilik karyerası ərzində heç vaxt milli komandalarla işləməyib.

Portuqaliya millisi Millətlər Liqasının pley-off mərhələsinin yarımfinalında Almaniya ilə qarşılaşacaq. Qarşılaşma iyunun 4-də baş tutacaq.

Son xəbərlər
Texnologiya mədəniyyətimizi yox edir, yoxsa dünyaya tanıdır?
Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac həcmləri açıqlanıb
6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb
Tələbələrin köçürülməsi prosesinə start verilib
"Zirə" əlcəzairli müdafiəçi transfer edə bilər
Taksi fəaliyyəti üçün şəhadətnamə necə alınır? - İZAH
Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
15 İyul 2025, 10:56
Ötən gün 3,3 ton narkotik vasitə məhv edilib