Menyu

Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirin keçiriləcək

Əziz Əzizli
Bakıda “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirin keçiriləcək

Mayın 16-da yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turniri başlayacaq.

Operativ Media xəbər verir ki, Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Monteneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstan yığmaları iştirak edəcək.

200-dən çox boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev Kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.

Azərbaycan millisi yarışda geniş heyətlə mübarizə aparacaq. Komandanın baş məşqçisi Vaqif Kazımov 60 yeniyetməni sınaqdan keçirəcək.

Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2025″in supervayzeri İqor Biletski (Ukrayna), baş hakimi Anar Babanlı olacaq

Teqlər:

"Bak\u0131da \u201cHeyd\u0259r \u018fliyev Kuboku-2025\u201d beyn\u0259lxalq turnirin ke\u00e7iril\u0259c\u0259k"

Əlaqəli Xəbərlər