Enzo Mareska komandanın gələn mövsüm Çempionlar Liqasına çıxıb-çıxmamasından asılı olmayaraq "Çelsi"nin baş məşqçisi olaraq qalacaq .
Operativ Media xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.
Keçirilən mətbuat konfransında Mareska, onun gələcəyi ilə bağlı klub daxilində heç bir müzakirə aparılmadığını deyib.
"Çelsi" Premyer Liqa cədvəlində 5-ci yerdə qərarlaşıb ki , bu da onlara növbəti mövsüm Çempionlar Liqasında oynamaq hüququ verir. Çempionatın bitməsinə iki tur qalmış London klubunun 63 xalı var. "Aston Villa" əlavə göstəricidə geridə qalıb və 6-cı yerdə, 7-ci yerdə olan "Nottingem"in isə 62 xalı var .
Mayın 28-də "Çelsi" Konfrans Liqasının finalında "Betis" lə qarşılaşacaq .
Teqlər:
"\"\u00c7elsi\" Mareska il\u0259 davam ed\u0259c\u0259k"