15 May 2025, 17:57
Vardi karyerasını davam etdirmək niyyətində olduğunu açıqlayıb

"Lester"in hücumçusu Ceymi Vardi yüksək səviyyədə çıxışını davam etdirə biləcəyinə inanır.
Operativ Media xəbər verir ki, 38 yaşlı futbolçu “Sky Sports”a müsahibəsində karyerasını davam etdirəcəyinə şübhə etmədiyini qeyd edib.
" Futbol çılğın bir dünyadır. Nə baş verə biləcəyini heç vaxt bilmirsən. Ayaqlarım dayanmağımı söyləyənə qədər davam edəcəyəm. Ayaqlarım yaxşıdır", - deyə o bildirib.
Mərkəz hücumçusu 2024/25 mövsümündə "Lester" in heyətində 35 oyunda 9 qol vurub və 4 məhsuldar ötürmə edib . Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. Vardi 2012-ci ildən "Lester" də çıxış edir .
"Lester" 2024/25 mövsümünün sonunda Premyer Liqanı tərk edəcək. Çempionatın bitməsinə iki tur qalmış komandanın 36 matçdan sonra 22 xalı var.