15 May 2025, 21:20
Tomas Müller ABŞ variantını nəzərdən keçirir
Tomas Müller ABŞ variantını nəzərdən keçirir şəkil
Tomas Müller ABŞ variantını nəzərdən keçirir

Mövsümün sonunda komandadan ayrılacaq "Bavariya"nın hücumçusu Tomas Müller gələcəyi ilə bağlı danışıb.

Operativ Media xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.

"Hələlik bilmirəm. Hələlik konkret bir şey yoxdur, amma təbii ki, fikirlərim var. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində daha çox məlumat əldə edəcəyik. Klublararası dünya çempionatı hələ qarşıdadır. Təbii ki, mən ABŞ variantını nəzərdən keçirirəm. Mənim konkret strategiyam yoxdur. Mən heç vaxt bir plana diqqət yetirməmişəm. Mən təkliflərə açığım", -  deyə Müller bildirib.

Mayın 10-da Müller Münhen klubunun heyətində son ev oyununu keçirib. Aprel ayında o, 2024/25 mövsümünün sonunda komandadan ayrılacağını açıqlamışdı.

2007-ci ildən "Bavariya"nın əsas komandasında çıxış edən futbolçu 13 dəfə Almaniya çempionu olub, 6 dəfə Almaniya kubokunun, 8 dəfə Almaniya Superkubokunun qalibi olub, həmçinin hərəyə 2 dəfə Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.

Son xəbərlər
Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Pakistanın hüquq və ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir
Emin Əmrullayev rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
Müəllimlərin 45 faizi gələn ildən 1000 manatdan çox maaş alacaq
İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət edib