"İnter Mayami" müdafiəçi Jordi Alba ilə müqavilənin 2027-ci ilin sonuna qədər uzadıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Müqaviləmi uzatmaqdan xoşbəxtəm, çünki həm klubdakı hisslərimə görə , həm də hər matçda azarkeşlərdən aldığım sevgiyə görə oynamağa davam etmək istəyim var. Son iki ildə özümü klubda çox rahat hiss edirəm və bütün azarkeşlər tərəfindən çox sevilirəm", - deyə ispaniyalı futbolçu fikirlərini bildirib
36 yaşlı Albanın əvvəlki müqaviləsi 31 dekabr 2025-ci ilə kimi idi.
2025-ci il mövsümündə Alba " İnter Mayami"nin heyətində 17 oyun keçirib , 1 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 16 oyuna çıxıb.
2025-ci ildə ispan "İnter Mayam"iyə ilk dəfə KONKAKAF Çempionlar Kubokunun 1/4 finalına yüksəlməyə kömək edib. MLS-də klub hazırda Şərq Konfransının turnir cədvəlində beşinci yeri tutur.
Teqlər:
"\"\u0130nter Mayami\" Jordi Alba il\u0259 m\u00fcqavil\u0259ni uzad\u0131b"