Region Liqasının final və III yer uğrunda oyununun yeri müəyyənləşib
Əsəd Abbaslı
AFFA Region Liqasının 2024/2025-ci illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.
Operativ Media xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.
İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında III yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.
Qeyd edək ki, AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Cavab görüşləri mayın 18-də olacaq.
Teqlər:
"Region Liqas\u0131n\u0131n final v\u0259 III yer u\u011frunda oyununun yeri m\u00fc\u0259yy\u0259nl\u0259\u015fib"