15 May 2025, 23:36
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı şəkil
Dünya çempionatlarında Azərbaycan cüdoçularının çıxışına ümumi baxış - 27 medal, 18 idmançı

Cüdo üzrə böyüklər arasında dünya çempionatının startına bir aydan az vaxt qalır. Futbol terminologiyası ilə desək, budəfəki “mundial” 13-20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Operativ Media xəbər verir ki, idman blogeri Elmar Rza Azərbaycan cüdoçularının indiyədək dünya çempionatlarında qazandığı nailiyyətlərdən bəhs edib.

Avropa çempionatlarında olduğu kimi, dünya çempionatlarında da ilk medalımızın müəllifi Nazim Hüseynovdur. Əfsanəvi cüdoçumuz 1991-ci ildə SSRİ yığmasının tərkibində Barselonada keçirilən yarışda bürünc medal qazanıb. Daha sonra 1993-cü ildə artıq müstəqil Azərbaycanın bayrağı altında Kanadanın Hamilton şəhərində gümüş medala sahib çıxıb. Həmin yarışın maraqlı məqamlarından biri də -60 kq çəki dərəcəsində bürünc medal qazanan idmançılardan birinin millimizin hazırkı baş məşqçisi və performans direktoru Riçard Trautman olmasıdır.

İlk dünya çempionumuz isə Elxan Məmmədovdur. O, 2013-cü ildə Rio-de-Janeyroda keçirilən yarışda -100 kq çəkidə qızıl medala yiyələnib. Ötən il Əbu-Dabidə keçirilən dünya çempionatında isə Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq bu uğuru təkrarlayıblar.

Nazim Hüseynovun 1991-ci ildə SSRİ-nin heyətində qazandığı bürünc medal da nəzərə alınmaqla, Azərbaycan cüdoçularının dünya çempionatlarındakı ümumi medal statistikası belədir:

3 qızıl

6 gümüş

18 bürünc

Toplam: 27 medal

İndiyədək 18 cüdoçumuz dünya çempionatında medal sevinci yaşayıb. Onlardan 6-sı iki və ya daha çox dəfə fəxri kürsüyə yüksəlib. Ən titullu təmsilçimiz isə 4 medalla Hidayət Heydərovdur (1 qızıl, 3 bürünc). Onu 3 medalla Zelim Kotsoyev izləyir. Elxan Məmmədov, Rüstəm Orucov, Nazim Hüseynov və Orxan Səfərovun aktivində isə hərəyə 2 medal var.

Dünya çempionatlarında medal qazanan cüdoçularımız:

1. Hidayət Heydərov - 4 medal (1 qızıl - 2024, 3 bürünc - 2018, 2019, 2022)

2. Zelim Kotsoyev - 3 medal (1 qızıl - 2024, 2 bürünc - 2022, 2023)

3. Elxan Məmmədov - 2 medal (1 qızıl - 2013, 1 bürünc - 2010)

4. Rüstəm Orucov - 2 medal (2 gümüş - 2017, 2019)

5. Nazim Hüseynov - 2 medal (1 gümüş - 1993, 1 bürünc - 1991)

6. Orxan Səfərov - 2 medal (1 gümüş - 2017, 1 bürünc - 2013)

7. Elnur Məmmədli - 1 gümüş medal (2007)

8. Uşanqi Kokauri - 1 gümüş medal (2018)

9. Elxan Rəcəbli - 1 bürünc medal (2001)

10. Rəsul Səlimov - 1 bürünc medal (2001)

11. Mövlud Mirəliyev - 1 bürünc medal (2003)

12. Nicat Şıxəlizadə - 1 bürünc medal (2005)

13. Kifayət Qasımova - 1 bürünc medal (2009)

14. Ramilə Yusubova - 1 bürünc medal (2010)

15. İlqar Müşkiyev - 1 bürünc medal (2011)

16. Elmar Qasımov - 1 bürünc medal (2017)

17. İrina Kindzerskaya - 1 bürünc medal (2017)

18. Kəramət Hüseynov - 1 bürünc medal (2021)

Cüdoçularımız qızıl medalları -73 kq və -100 kq çəki dərəcələrində qazanıblar. Maraqlıdır ki, Elxan Məmmədov və onun tələbəsi Zelim Kotsoyev bu uğura eyni çəkidə (-100 kq) nail olub. Hidayət Heydərov bütün mundial medallarını -73 kq-da qazanıb. Elxan Məmmədov DÇ bürüncünü isə -90 kq çəkidə əldə edib. Maraqlıdır ki, Mövlud Mirəliyev Osaka-2003-də hazırda mövcud olmayan mütləq çəki dərəcəsində (açıq çəki kateqoriyasında) üçüncü olub.

Medalların çəki dərəcələri üzrə bölgüsü:

Kişilər:

-60 kq – 7 medal (2 gümüş, 5 bürünc)

-66 kq – 0

-73 kq – 7 medal (1 qızıl, 3 gümüş, 3 bürünc)

-81 kq – 1 bürünc

-90 kq – 2 bürünc

-100 kq – 5 medal (2 qızıl, 3 bürünc)

+100 kq – 1 gümüş

Mütləq çəki – 1 bürünc

Qadınlar:

-57 kq – 1 bürünc

-63 kq – 1 bürünc

+78 kq – 1 bürünc

(Qadınlar arasında digər çəki dərəcələrində medal yoxdur)

Medalların cinslər üzrə bölgüsündə kişilərin böyük üstünlüyü var. Qadınlardan yalnız Kifayət Qasımova (-57 kq) Rotterdam-2009-da, Ramilə Yusubova Tokio-2010-da və İrina Kindzerskaya (+78 kq) Budapeşt-2017-də bürünc medala sahib çıxıblar.

Cinslər üzrə bölgü:

Kişilər - 24 medal (3 qızıl, 6 gümüş, 15 bürünc)

Qadınlar - 3 bürünc medal

Ölkəmiz müstəqillik qazandığı dövrdən sonra cüdo ustalarımız 21 DÇ-də iştirak edib. Bunlardan 16-da Vətənə medalla qayıdıb. Medal sayı baxımından ən yaxşı nəticəmiz 2017-ci ildə Budapeştdə keçirilən dünya çempionatında qeydə alınıb. Həmin yarışda təmsilçilərimiz 2 gümüş, 2 bürünc olmaqla 4 medalla yadda qalıblar. Əyar baxımından isə cüdo tariximizin ən uğurlu dünya çempionatı ötən il 2 qızıl medalla tamamladığımız Əbu-Dabidəki yarışdır. Ümumilikdə, planetin ən güclü cüdoçularının müəyyənləşdiyi 8 yarışda isə ölkəmiz aktivinə 2 və daha çox medal yazdırmağı bacarıb.

Ən çox medal qazandığımız dünya çempionatları:

1. Budapeşt-2017 - 4 medal (2 gümüş, 2 bürünc)

2. Əbu-Dabi-2024 - 2 qızıl medal

3. Rio-de-Janeyro-2013 - 2 medal (1 qızıl, 1 bürünc)

4. Bakı-2018 - 2 medal (1 gümüş, 1 bürünc)

5. Tokio-2019 - 2 medal (1 gümüş, 1 bürünc)

6. Münhen-2001 - 2 bürünc medal

7. Tokio-2010 - 2 bürünc medal

8. Daşkənd-2022 - 2 bürünc medal

Səkkiz dünya çempionatından isə 1 medalla dönülüb:

1. Hamilton-1993 - gümüş medal

2. Rio-de-Janeyro-2007 - gümüş medal

3. Osaka-2003 - bürünc medal

4. Qahirə-2005 - bürünc medal

5. Rotterdam-2009 - bürünc medal

6. Paris-2011 - bürünc medal

7. Budapeşt-2021 - bürünc medal

8. Doha-2023 - bürünc medal

9. Barselona-1991 - bürünc medal (SSRİ komandasının tərkibində)

Beş dünya çempionatında cüdoçularımız fəxri kürsüdə yer almayıb:

1. Çiba-1995

2. Paris-1997

3. Birmingem-1999

4. Çelyabinsk-2014

5. Astana-2015

Son xəbərlər
Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb
Füzulidə "Son zəng" mərasimi keçirilib - FOTOLAR
Hikmət Hacıyev: Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Ermənistan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
İsrail Şərqi Azərbaycan vilayətində dörd hədəfə raket zərbələri endirib
Bazar gününün hava proqnozu açıqlanıb
Cəbrayılda 32 il sonra ilk “Son zəng” çalındı - FOTOLAR
Netanyahunun ofisi: İsrail İranda əməliyyatını genişləndirir