"Hall Siti" baş məşqçi Ruben Selleslə yollarını ayırdıqlarını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssis dekabrda təyin olunub və komandaya Çempionatdakı yerini qoruyub saxlamağa kömək edib. "Hall Siti" 2024/25 mövsümünün son turunda heç-heçə edib və top fərqinə görə "Luton Taun"u qabaqlayaraq liqa cədvəlində 21-ci yeri tutub.