Yamal: "Mən heç vaxt özümü Messi ilə müqayisə etmərəm"
Əziz Əzizli
"Barselona"nın hücumçusu Lamin Yamal La Liqanın 36-cı turunda "Espanyol" üzərində qələbədən (2:0) və erkən çempionluqdan sonra danışıb.
Operativ Media xəbər verir ki, jurnalist Fabrizio Romano X sosial şəbəkəsində Yamaldan sitat gətirib.
Yamal Messini ən yaxşı oyunçu adlandırıb.
"Mən heç vaxt özümü Messi ilə müqayisə etməzdim. Leo bütün zamanların ən yaxşı oyunçusudur".
17 yaşlı Yamal tarixdə 18 yaşına qədər iki dəfə İspaniya çempionu olan ilk futbolçu olub.
Mövsümün bitməsinə iki tur qalmış "Barselona" "Real Madrid"i 7 xal qabaqlayaraq çempion adını qazanıb. Kataloniya təmsilçisinin liqa cədvəlində 85 xalı, ikinci pillədə qərarlaşan Madrid klubunun isə 78 xalı var.
Teqlər:
"Yamal: \"M\u0259n he\u00e7 vaxt \u00f6z\u00fcm\u00fc Messi il\u0259 m\u00fcqayis\u0259 etm\u0259r\u0259m\""