"Fulhem" Adama Traore, Raul Ximenez və Harri Uilsonla yeni müqavilə imzalayıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilələr 2026-cı ilə qədər uzadılıb.
Bu mövsüm 34 yaşlı Ximenes 41 matçda 13 qol vurub, 3 məhsuldar ötürmə edib, 28 yaşlı Uilson 25 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib, 29 yaşlı Traore isə 39 matçda 2 qol vurub, 8 məhsuldar ötürmə edib.
"Fulhem" 36 oyundan 51 xalı var və hazırda turnir cədvəlində 11-ci yerdədir.