Menyu

"Barselona"nın prezidenti: "Lamin Yamal dahidir"

Əziz Əzizli
"Barselona"nın prezidenti: "Lamin Yamal dahidir"

"Barselona"nın prezidenti Xuan Laporta hücumçu Lamin Yamalın La Liqanın 36-cı turu çərçivəsində "Espanyol"la matçda (2:0) çıxışını şərh edib.

Operativ Media xəbər verir ki, 17 yaşlı ispaniyalı qol vurub və məhsuldar ötürmə edib.

Laporta Lamin Yamalı dahi adlandırıb.

"Lamin dahidir. O, heyrətamiz futbolçulardan biridir.  Bunu "Espanyol"la matçda bir daha göstərdi. Matçda hesabı açdı. Topu uzaq küncə göndərdi. O, komandaya rəhbərlik edir və hər oyunda iştirak edir. Birlikdə yaxşı vaxt keçirirlər. Həmişə rəqs edirlər, zarafatlaşırlar. Bu, çox gənc komandadır", deyə Laporta qeyd edib.

Yamal bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 53 matçda 17 qol vurub və 25 məhsuldar ötürmə edib.

Teqlər:

"\"Barselona\"n\u0131n prezidenti: \"Lamin Yamal dahidir\""

Əlaqəli Xəbərlər