İran Pro Liqasında ilk dəfə çempion olan Təbrizin “Traktor” komandasının azarkeşləri bayram şənliklərində 15 dəqiqə dayanmadan təzahürat edərək dünya rekordu qırıblar.
Operativ Media xəbər verir ki, Təbrizdəki "Yadigar-ı İmam" stadionunda təbrizlilərin çempionluq şənliyi keçirilib.
On minlərlə təbrizlinin iştirakı ilə çempionluğunu böyük coşqu ilə qeyd edən "Traktor" azarkeşləri 15 dəqiqə dayanmadan təzahüratlarla adlarını Ginnesin Rekordlar Kitabına yazdırıblar.
Bayram şənliyində Ginnesin Rekordlar Kitabının İran nümayəndəsi də iştirak edib.
Nümayəndə İranın rəsmi xəbər agentliyi İRNA-ya "Azarkeşlər üçün dünya rekordu 12 dəqiqə ilə məhdudlaşırdı, lakin "Traktor" azarkeşləri 15 dəqiqəlik təzahüratlarla bu rekordu qırdılar. Bu tarixi nailiyyət rəsmi olaraq Ginnesin Rekordlar Kitabına düşəcək", - deyə bildirib.