"Qarabağ" Litva millisinin hücumçusu ilə maraqlanır
Əziz Əzizli
Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Qarabağ" transfer çalışmalarına başlayıb.
Operativ MediaBotasot.info saytına istinadən xəbər verir ki, "Qarabağ" Albaniyanın “Vora” klubunun hücumçusu Manfredas Ruzgisə ciddi maraq göstərir.
Məlumatda bildirilir ki, Azərbaycan çempionu onu əldə etmək üçün konkret addımlar atmağa başlayıb.
Almaniyada doğulan, lakin Litva millisində çıxış edən 28 yaşlı hücumçu cari mövsümdə komandasının heyətində 30 matçda 24 qol vurub. "Vora"nın ölkənin yüksək liqasına yüksəlməsində əsas rolu Ruzgis oynayıb. "Vora" birinci liqanın çempionu olub.