Menyu

Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər

Nərmin Qocamanlı
Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev iyunun 3-də Gürcüstana səfər edəcəklər. 

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Millət vəkillərimiz səfər çərçivəsində Gürcüstan parlamentinin müvafiq komitələrində görüşlər keçirəcəklər. Görüşdə parlamentlərarası əlaqələrin inkişaf prespektivləri barədə fikir mübadiləsi aparılacaq. 

Səfər iyunun 4-də başa çatacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər