13 Fevral 2023, 20:55
Politico: “Azərbaycan Ermənistana qarşı ekoloji hücuma keçib”
Politico: “Azərbaycan Ermənistana qarşı ekoloji hücuma keçib” şəkil
Politico: “Azərbaycan Ermənistana qarşı ekoloji hücuma keçib”

Azərbaycan dövlətlərarası arbitraj tarixində ilk dəfə Avropada vəhşi fauna və floranın və təbii mühitin mühafizəsi haqqında Bern Konvensiyasına əsasən Ermənistana qarşı iddia qaldırıb.

“Operativ Media” xəbər verir ki, bu barədə “Politico” nəşrinin “Azərbaycan Ermənistana qarşı ekoloji hücuma başlayıb” adlı məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, Azərbaycan ərazilərinin otuz illik qanunsuz işğalı zamanı ətraf mühitə dəymiş ziyana görə iddia qaldıraraq Ermənistana qarşı yeni hüquqi “cəbhə” açır.

Vurğulanır ki, hər iki ölkə Aİ və 50-dən çox başqa ölkə ilə birgə məcburi qüvvəyə malik beynəlxalq müqavilə imzalayıb, lakin bundan əvvəl heç vaxt iki dövlət arasında ekoloji problemlərin həllində bundan istifadə olunmayıb.

“Son iki il ərzində 2020-ci il müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərdə ətraf mühitə ziyan vurulması ilə bağlı şokedici sübutlar aşkarlamışıq. Bu ərazilərin biomüxtəlifliyinə ziyan vurulub. Təbii ehtiyatların qeyri-qanuni istismarı və sənaye çirklənməsi bugünədək ekosistemimizə zərər verməkdə davam edir”, - Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov nəşrə açıqlamasında deyib.

O qeyd edib ki, beynəlxalq məhkəməyə müraciət ədaləti təmin etmək cəhdidir. “2020-ci il müharibəsi başa çatdıqdan sonra münasibətlərimizdəki mövcud səhifəni çevirmək, regionda sülhü təmin etmək istəyimizi bildiririk. Amma eyni zamanda keçmiş cinayətlərə görə cavabdeh olanların hamısını məsuliyyətə cəlb edəcəyik”, - o bildirib.

Son xəbərlər
Rusiya XİN vətəndaşlarına xəbərdarlıq edib
Babəkin bəzi kəndlərində qaz olmayacaq
Türkiyədə 4,9 bal gücündə zəlzələ olub
Azərbaycan səfirliyinə hücumun icraçısının edamı üçün zəruri hazırlıqlar başa çatıb
Pezeşkian Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini açıqlayıb - VİDEO
27 Aprel 2025, 22:50
İran Prezidenti: İki qardaş ölkə kimi əməkdaşlıq sahələrimizi genişləndirməliyik
Məsud Pezeşkian: Keçmişdə qardaş olmuşuq, gələcəkdə də qardaş olacağıq
"Qarabağ" 12-ci çempionluğunu qazandı