Həftəsonu 30 kiloqrama yaxın narkotik vasitə aşkar olunub
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 31-də və iyunun 1-də ümumi çəkisi 30 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Operativ Media-ya DİN məlumat verib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,8 kiloqrama yaxın heroin, 24,2 kiloqramdan çox marixuana və 2 kiloqrama yaxın metamfetamin olub.
Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 89 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 4897 ədəd çətənə kolu isə polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net