Menyu

Paytaxtda avtomobildən silah-sursat tapılıb

Paytaxtda avtomobildən silah-sursat tapılıb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir. 

Operativ Media xəbər verir ki, keçirilən növbəti tədbir nəticəsində paytaxt sakini olan bir nəfərin idarə etdiyi avtomobildən avtomat silahı və 5 patron tapılaraq aşkarlanıb. Nərimanov rayonu ərazisində yerləşən evlərdən birinin qarşısından da 1 ədəd avtomat silahı tapılıb.

Bundan başqa, 30 yaşlı paytaxt sakini tapdığı 1 avtomat silahı, 2 patron darağı və 22 patronu polisə könüllü təhvil verib.

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər