Oyuncaq silahla vətəndaşları qorxudan sürücü həbs edilib - VİDEO
Oyuncaq silahla qorxu yaradan sürücü həbs edilib
Sosial şəbəkələrdə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Operativ Media-ya bildirib ki, “Hyundai” markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb. O, inzibati qaydada həbs olunub.
L.İsrəfilli qeyd edib ki, istər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net