DİN: Abşeronda uşaqlar arasında baş verən mübahisə araşdırılır
Əsəd Abbaslı
Abşeron rayonu ərazisində uşaqlar arasında baş vermiş mübahisə ilə bağlı araşdırma aparılır.
Operativ Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
Hazırda ərazi üzrə polis orqanı tərəfindən faktın bütün halları, iştirak edən şəxslərin dəqiq kimliyi, hadisənin səbəbləri və mümkün hüquqi qiymətləndirilməsi istiqamətində təhqiqat tədbirləri davam etdirilir.
Uşaqlar arasında baş verən bu kimi hallarda polis həssaslıqla yanaşır və həm maarifləndirici, həm də qanunvericiliyə uyğun tədbirlər həyata keçirir
Qeyd edək ki, Abşeron rayon, Masazır qəsəbəsi Qurtuluş 93 ərazisində məktəbli uşaqlar digər bir məktəbli uşağa (Ə.K.) xəsarət yetiriblər. Hadisə məktəbin yaxınlığında, Əlincə Şadlıq Sarayının yanında baş verib.