Menyu

Ötən gün bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

Nərmin Qocamanlı
Ötən gün bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

İyunun 2-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 3000, 1803, 390, 200, 100, 100, 98, 90, 70, 63, 51 manat və 34 dollar məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.

Bu barədə Operativ Media-ya DİN məlumat verib.

Zərərçəkmişlər naməlum şəxslərin saxta xarici nömrələrdən, profil və səhifələrdən göndərdikləri tələblərinə, təkliflərinə və vədlərinə inanaraq dəqiqləşdirmə aparmadan bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını qarşı tərəfə veriblər. 

Bir daha xatırladırıq ki, bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin, danışıq və yazışma aparmayın – dərhal blok edin.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər