Menyu

Güclü külək Bakıda 6 ağacı aşırıb

Güclü külək Bakıda 6 ağacı aşırıb

Dünən axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Operativ Media-ya bildirilib ki, güclü külək nəticəsində ağacaşma halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.

Müraciətlərin 16-sı ağacların kökündən aşması, digərləri isə iri budaqların qırılması ilə əlaqədar olub.

Birlik əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib, fəsadlar aradan qaldırılıb.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər