Menyu

Su hövzələrində təhlükəsizliklə bağlı müşavirələr keçirilib

Su hövzələrində təhlükəsizliklə bağlı müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Bakı Regional Mərkəzi Bakı şəhərinin Suraxanı, Səbail və Xəzər rayonlarında “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirələr keçirib.

FHN-in Mətbuat xidmətindən Operativ Media-ya verilən xəbərə görə, sözügedən rayonların icra hakimiyyətlərinin və aidiyyəti təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirələrdə Xəzər dənizinin Bakı şəhəri Suraxanı, Səbail və Xəzər rayonları sahillərində Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri fotoslaydların müşayiəti ilə təqdim olunub, aşkar olunmuş nöqsanlar barədə geniş məlumat verilib.

Tədbirlərdə monitorinqin nəticələri müzakirə edilib, qarşıda duran vəzifələrdən danışılıb. Müşavirələrdə, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı da məlumat verilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər