Menyu

“Azneft” hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib

“Azneft” hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib
1 dəq oxu

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

Operativ Media xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.

Əlaqəli Xəbərlər